1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank yeni, “Çək, qazan” kampaniyasına start verir
18.08.2016

Baki, Finance Time. Kampaniyada şəhərimizin hər bir sakini iştirak edə bilər.  Bankın Port Baku, Gənclik Mall və 28 Mall alış-veriş mərkəzlərində yerləşən kart maketləri ilə birgə şəkil çəkdirib #cekqazan həştəqi ilə sosial şəbəkələrdə yerləşdirməklə vəcekqazan@azerturbank.az e-mail ünvanına göndərməklə kampaniyanın iştirakçısı ola bilərsiniz. Hər həftə daxil olan şəkillər toplanaraq Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində yerləşdiriləcək, Bankın rəsmi korporativ səhifələrindəki izləyiciləri  həmin şəkillərə səs verərək, qalibi müəyyən edəcək. Həftənin şənbə günündən cümə axşamınadək (saat 17:00-dək) bütün şəkillər toplanaraq, həftənin cümə günü (09:00-dan 17:00-dək) səsvermə elan olunacaq və həmin gün saat 18:00-da qalib elan olunacaq.  
Hər həftənin ən çox səs toplamış qalibini dəyərli hədiyyələr gözləyir.

Kampaniya barədə daha ətraflı məlumatı www.cekqazan.azerturkbank.az saytından əldə edə bilərsiniz. Sayt bank tərəfindən kampaniya iştirakçılarının rahatlığının təmin olunması məqsədilə yaradılmışdır və Azər Türk Bankın rəsmi web səhifəsinə keçid mümkündür.

Sayt vasitəsilə həftəlik dəyərli hədiyyələrin siyahısını, həmçinin, qalib gələcək iştirakçıların adlarını öyrənə bilərsiniz.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlarıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment