1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


İlk dəfə olaraq “Kaspersky Lab”ın müsabiqəsində marketinq, reklam, dizayn və kreativ kommunikasiya üzrə mütəxəssislər iştirak edə bilərlər
11.08.2016

Baki, Finance Time.  “Kaspersky Lab” şirkəti “Talent Lab” beynəlxalq müsabiqə proqramını açıq elan edir. Sözügedən proqram dünyanın istənilən ölkəsindən olan 18-30 yaşlı ali məktəb tələbələri və gənc mütəxəssislərə (texniki, həmçinin kreativ sahələr üzrə) geniş karyera inkişafı perspektivləri təklif edir. Müsabiqənin əsas mükafatlarına təhsili davam etdirmək üçün 10 min ABŞ dolları həcmində pul hədiyyəsi, həmçinin “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa və “Kann Şirləri” beynəlxalq reklam festivalına gediş imkanları daxildir.

Müsabiqə proqramında iştirak üçün https://academy.kaspersky.com/talentlab/ saytında qeydiyyatdan keçərək təklif olunan tapşırıqlardan birini seçib cari ilin noyabr ayının 15-dək bu tapşırığı yerinə yetirmək lazımdır.

Texniki mütəxəssislər üçün antivirus araşdırmaları, müdafiə həllərinin hazırlanması, mobil və fiziki təhlükəsizlik, əşyalar interneti, şəbəkədə uşaqların təhlükəsizliyi və istifadəçilərin kibertəhdidlər barədə məlumatlılığının artırılması üzrə praktiki məsələlər nəzərdə tutulub. Kreativ peşə nümayəndələri üçün isə aşağıda qeyd olunmuş istiqamətlər üzrə yaradıcı və tədqiqat xarakterli tapşırıqlar hazırlanıb: istehlakçı marketinqi, veb-məzmunun analizi, konseptual dizayn və kibertəhlükəsizlik əsaslarının oyun formasında öyrədilməsi. 

Dekabr ayının 1-də müsabiqənin ilkin mərhələsinə əsasən50 finalçının adı açıqlanacaq və onlar gələn ilin fevral ayında öz layihələrini təqdim etmək üçün Praqada keçiriləcək finala vəsiqə qazanacaqlar. Final mərhələsində  3 əsas qalib müəyyən ediləcək. “Top talent” nominasiyası üzrə qalib təhsil üçün 10 min ABŞ dolları həcmindəmükafat; “Security talent” nominasiyası üzrə qalib 2017-ci ilin aprel ayında keçiriləcək “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa gediş imkanı;“Creativity talent” nominasiyası üzrə qalib isə “Kann Şirləri” beynəlxalq reklam festivalına və festival akademiyasına ziyarət hüququ verən biletlər əldə edəcək.

Bundan əlavə, 50 finalçının hər biri “Kaspersky Lab” və müsabiqənin partnyorları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin peşəkar təlimlərdə iştirak imkanı qazanacaq.

“Hər kəs kibertəhlükəsizlik sahəsinə öz yolu ilə gəlir. Aparıcı ekspertlərimizin əksəriyyəti bu sahə üzrə xüsusi təhsilə malik olmasalar da, qazandıqları təcrübə və daim öyrənmək həvəslərinə görə öz sahələri üzrə ən yaxşılardandırlar. İnanırıq ki, təşkil etdiyimiz müsabiqə gənc mütəxəssislər və tələbələrin informasiya təhlükəsizliyi sahəsinə marağını artıracaq və sözügedən sənayeyə qoşulmaq üçün çoxsaylı vasitələrin mövcudluğunu əyani nümayiş etdirəcək. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, dünyanın kibertəhdidlərdən müdafiəsi üçün daha çox peşəkara ehtiyac var”, - deyə “Kaspersky Lab”ın tədris proqramları idarəsinin rəhbəri Veniamin Qinodman bildirir.

“Talent Lab” proqramı “Kaspersky Lab”ın maarifləndirici təşəbbüslərini davam etdirir. Bu cür tədbirlər sırasına İT təhlükəsizlik sahəsində gənc istedadların dəstəklənməsinə yönəlmiş“Kaspersky Academy” proqramlar seriyası da daxildir. Şirkət bu cür gəncləri aşkarlayaraq onlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradır və bununla da peşəkarların yetişməsinə töhfə verir. “Kaspersky Lab” inanır ki, yeni nəsil yüksək ixtisaslı mütəxəssislər gələcəyimizin təhlükəsizliyində mühüm rol oynayacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment