Baki, Finance Time. 09 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101008511 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,419,000.00 AZN təşkil etmişdir.
Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.4029 AZN (6.6002%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97.5999 AZN (10.0004%) orta ölçülmüş qiyməti 97.6306 AZN (9.8694 %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 10.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 08.11.2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.