1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul etmişdir
18.07.2016

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, 15 iyul 2016-cı il tarixində Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Konfederasiyasinin Maliyyə naziri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

E.Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə ətraflı məlumat verdi. Hal-hazırda post-neft dövrü başlamış, iqtisadiyyatda struktur islahatları aparılmaqdadır, insan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdən biri olduğu qeyd olundu.

Ulrix Maurer öz növbəsində təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib partnyor ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruruliyi bildirdi. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını bildirdi.

Görüşdə həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment