1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda “AmCham” yeni qanunvericilik qərarını alqışlayır
15.07.2016

Baki, Finance Time. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) ölkədə vergi və turizm sektorlarını birləşdirən yeni qanunvericilik qərarını alqışlayır. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə iqtisadiyyatın diversifikasiyası və turizmin stimullaşdırmasına dair növbəti fərman imzalayıb. Yeni qanun əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxsiyyətlər tərəfindən Azərbaycan ərazisində alınmış məhsullara tutulan ƏDV-nin qaytarılması qaydasını nizamlayır.

Qanunvericiliyə uyğun olaraq Azərbaycanı ziyarət edən turistlər ƏDV-ni sərhəddə geri ala bilərlər. Xərclərin həcmi 300 AZN-dən çox olmalıdır və xərclərə sənaye və kommersiya fəaliyyəti ilə əlaqədar məsrəflər daxil edilməməlidir. Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova yeni qanunu alqışlayaraq qeyd edib: “Azərbaycan qanunvericiliyində son dəyişiklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır. Bununla yanaşı, turist axınının artması alış-verişi stimullaşdırır və xərclərin artmasına gətirir. Bu qanun Azərbaycan Prezidenti tərəfindən ölkənin iqtisadi inkişafına yönəlmiş mühüm bir addımdır”.

Turist axınının artması yerli sahibkarlığın inkişafına, yerli istehsalın artımına və ümumilikdə iş praktikasının genişlənməsinə stimullaşdırıcı təsir göstərməlidir. Yeni qərarın çoxsaylı effektləri sırasına məlumat bazasının idarəolunma səviyyəsinin artması,  elektron vergi hesabının tətbiq olunması, OFE-platformaların örtülməsi, müxtəlif təşkilatlar (Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, özəl banklar, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti) arasında əməkdaşlığın genişləndirilməsi daxildir. Beləliklə, ƏDV-nin geri qaytarılması haqda son qanun turizm baxımından Azərbaycanın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək.

Azərbaycanda “AmCham” üzv şirkətlərin biznes maraqlarının inkişaf etdirilməsi, onlara lazımi xidmətlərin göstərilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşması məqsədi ilə 1996-cı ildən etibarən fəaliyyət göstərir. 12 aprel 2016-cı ildə Amerika Ticarət Palatasının nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev ilə ölkədə iş təcrübəsinin yaxşılaşması istiqamətində növbəti addımları müzakirə etmək üçün görüşüb. Amerika Ticarət Palatası Azərbaycan hökumətinə şəxsi tövsiyələrini göndərməyə davam edəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment