1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür
15.07.2016

Baki, Finance Time. Üç il bundan əvvəl Azərbaycanda vətəndaşların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin və dövlət qulluqçularının elektron xidmətlərdən istifadəsini asanlaşdıran mobil elektron imza sistemi – “Asan İmza” tətbiq olunmağa başladı. 2013-cü ilin iyulundan etibarən işə düşən bu xidməti mobil nömrə vasitəsilə əldə etmək mümkün oldu.

Asan İmza dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni qazandırır, rəqəmsal şəkildə hər kəsin öz şəxsiyyətini təsdiq edərək istifadə edəcəyi əməliyyatları imzalamağa imkan verir.

Azərbaycanda bu xidmətdən ilk olaraq Azercell abunəçiləri istifadə edə bildilər. Çünki mobil operatorlar arasında ilk olaraq məhz Azercell “Asan İmza” sisteminə qoşulmuşdu. Bu müddət ərzində minlərlə Azercell abunəçisi “Asan İmza”nı əldə etməklə bu xidmətin üstünlüklərindən yararlanıb.

Bu xidmət 3 illik müddət ərzində aktiv olduğundan artıq “Asan İmza” sertifikatları və nömrələrini yeniləməyə ehtiyac yaranıb. Odur ki, “Asan İmza” xidmətindən davamlı şəkildə yararlanmaq üçün xidmətdən istifadə müddətinin növbəti 3 illik müddətə artırılması və sertifikatların yenilənməsi tələb olunur.

Vətəndaşlar “Asan İmza” xidmətinin müddətini artırmaq üçün Azercell müştəri xidmətləri mərkəzlərinə, eləcə də, Azercell Ekspres ofislərinə müraciət edə bilərlər. Azercell həmişə olduğu kimi bu xidmətdə də asan prosedur təklif edir. “Asan İmza” sahibi “Azercell” müştəri xidmətlərində yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni SİM kart əldə edir və müvafiq ödəniş müqabilində yenidən xidmətə qoşulur. Daha sonra isə yeni sertifikatı əldə etmək üçün “ASAN Xidmət” mərkəzlərinə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etmək gərəkdir.

Qeyd edək ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün xidmətin 3 illik qiyməti 18 AZN, yeni SİM kartın təqdim olunması 3.54 AZN təşkil edir. Asan İmza SIM-kartı həm mövcud, həm də yeni nömrələrdə fəaliyyət göstərə bilər. Digər tərəfdən, Azercell Fakturalı xətt sistemlərinə aid nömrələrlə yanaşı, fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrin abunəçiləri də “Asan İmza” xidmətinə qoşula bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment