1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak etmişdir
13.07.2016

Baki, Finance Time.  "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak etmişdir.

Tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparmışdır.

"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunmuşdur. Eyni zamanda görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilmişdir.

Həmin gün "Ukrayna aviatikinti şirkəti" Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda Аn-178 nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilmişdir.

Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov  arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılmışdır. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni МС-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışdırlar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulmuşdur.

Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan Аn-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanmışdır. Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin Prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov  imzalamışdır.

"Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk", - Cahangir Əsgərov bildirmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment