1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADB "Azərişıq" ASC-yə 750 mln. dollarlıq kreditin ayrılmasını təsdiqləyib
12.07.2016

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə 750 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

"APA-Economics" bankın saytına istinadən xəbər verir ki, ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq.

"ADB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə və ev təsərrüfatlarının gün boyu elektrik enerjisi ilə təchizatına gətirib çıxaracaq. Bundan başqa, ayrılan kredit sayəsində inklüziv iqtisadi artıma nail olunacaq, kiçik və orta sahibkarlıq imkanları daha da güclənəcək", - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon M. O'Salivan bildirib.

Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. Birinci tranşın həcmi 250 mln. dollardır.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə ADB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu 2015-ci ilin may ayında Bakıda keçirilən ADB-nin Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində imzalanıb. Protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin  imzalayıblar.

ADB 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment