1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


WoWoman HR Academy layihesine start verdi
08.07.2016

Baki, Finance Time. WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün görsənə

arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır.

WoWoman müxtəlif sahələr üzrə tədbirlər, layihələr, kurslar həyata keçirmiş platforma kimi bu dövrün ən tələb olunan və dəbdə olan təlim proqramını təşkil etmək qərarını aldı və HR kurslarına start verdi.

İnsan resursları idarəçiliyinin əsas məqsədi insan gücünü daha effektiv, məhsuldar və onun xoşbəxtliyini təmin edəcək şəkildə istifadə etməkdən ibarətdir. Müasir dünyada rəqabət üstünlüyü təmin etmənin tək yolu insan resurslarını təsirli və məhsuldar idarə etməkdən keçir.

HR Akademiyası təşkilatlara və fiziki şəxslərə qabiliyyətlərini inkişaf etdirməyə, əxlaqi və ehtiramlı iş mühiti yaratmağa və düzgün iş nizamlamasına riayət etməyə kömək edən təlim kursudur. Proqramın məqsədi qadınların vəzifələrdə yaxşı lider və təcrübəli HR menecer kimi iştiraklarını artırmaq üçün liderlik bacarıqlarını və biliklərini inkişaf etdirməkdir.

7 moduldan ibarət kursun təlimçiləri ARDNŞ, Azercell, Deloitte, Keel Akademiyası, AG Bank, Kapital Bank və s. kimi aparıcı şirkətlərin və bankların HR menecerləri və mütəxəssisləri olacaq. Kurs ödənişsizdir.

Əgər siz də HR sahəsinin əsaslarını, "Əmək qanunvericiliyi", "Kadrların inkişafı və hazırlığının təşkili", "İşçilərin uyğunlaşdırılması, Kadrların Motivasiya Menecmenti", "HR-ın iqtisadi və maliyyə aspektləri", "Korporativ mədəniyyətinin qurulması və inkişafı", "Kadrlar ehtiyatı. Karyera Planlaması", "Vəzifədən azadetmə. Sosial-psixoloji və hüquqi aspektlər", kimi mövzuları öyrənmək istəyirsinizsə, HR Akademiyasina qoşula bilərsiniz.

Təlimlər həftədə iki dəfə - Çərşənbə axşamı və Cümə günləri olmaqla , 2 ay davam edəcək, saat 19:00 - 21:00-dək keçiriləcəkdir.

Başlanğıc tarixi: 13 Iyul, 2016

İŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ ANKETİ DOLDURMAQ LAZIMDIR :

https://docs.google.com/forms/d/1C8WI4qcYOqk6nY6A9f0YlOcXY6L0CyBrdsPBcaFqoTU/viewform?edit_requested=true

Ünvan: Caspian Plaza, AAA ofisi.

Əlavə məlumat üçün email: wowoman.hracademy@gmail.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment