1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Rolls-Royce” dəbli gələcəyin konseptual avtomobilini təqdim edib
18.06.2016

Baki, Finance Time. Bugün Londonun “Roundouse” kompleksində keçirilmiş təntənəli tədbirdə “Rolls-Royce Motor Cars” şirkəti dünyaya gələcəyin dəbdəbəsini təqdim edərək avtomobil sənayesinin tarixi dönüş məqamını qeyd edib. 103EX adı altında dünyaya təqdim edilmiş yeni “Rolls-Royce” brendin ilk konseptual modelidir.

“Rolls-Royce VISION NEXT 100” gələcək on illiklərdə dəbdəbəli avtomobil necə görünəcəyi barədə zərif və həqiqi gözəllik dolu xəyaldır:2040-cı ildən başlayaraq təkraredilməz, öz sahibini mükəmməl rahatlıq ilə bürüyən sürücüsüz avtomobil təqdim ediləcək və avtomobilin möhtəşəm zahiri görünüşü ətrafdakı insanların heyran dolu baxışlarını cəlb edən salondan çıxan şəxsin status və şəxsiyyətinə uyğun olacaq. “Rolls-Royce VISION NEXT 100” gələcəyin dəbdəbəli avtomobilinə olan tələbləri öncədən görür. Brendin tərəfdaşları ilə uzun aylar ərzində aparılmış tədqiqat və müzakirələr nəticəsində yaradılmış avtomobil müştərilərin arzularını aydın şəkildə ifadə edir. Gələcəyin “Rolls-Royce” avtomobili yüz ildən artıq müddət ərzində dünyanın ən tələbkar və nüfuzlu şəxslərin bu brendi seçməyə vadar etmiş bütün əsas üstünlükləri özündə cəmləşdirməlidir.

“Hazırda ultralüks sektorunun aparıcı brendi sayılan “Rolls-Royce” avtomobil sənayesinin gələcəyini müəyyən edib. “Rolls-Royce VISION NEXT 100” gələcəyə əminliklə baxır ki, burada müştərilərin fərdi istəkləri texnologiya, dizayn və misilsiz ustalıqla qarşılanacaq. Bu, “Rolls-Royce” şirkətinin fərqləndirici xüsusiyyətidir”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller Otvos (Torsten Müller-Ötvös) qeyd edib.

“Biz “Rolls-Royce VISION NEXT 100” avtomobilini yaratdığımız zaman qəsdən keçmişdən ilhamlanmaqdan qaçırdıq. Biz maksimal dərəcədə innovativ bir avtomobil yaratmaq arzusunda idik və eyni zamanda əfsanəvi avtomobilin ənənəvi görüşünü qorumaq istəyirdik”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin dizayn üzrə direktoru Cayls Teylor (Giles Taylor) bildirib.

Brend “VISION NEXT 100” avtomobilini təqdim edərək mövcud və gələcək müştərilərin arzularını hökmən nəzərə alacağına zəmanət verir. Xüsusi konseptə sahib olan avtomobil bir daha təsdiq edir ki, “Rolls-Royce” gələcəyin simasızlaşdırılmış və utilitar nəqliyyat konsepsiyasını rədd edir. Müştərilərin ehtiyaclarını nəzərə alaraq brend təsirli və məqsədyönlü ideyasını təqdim edir: özünü idarə edən, geniş, həqiqətəndə dəbdəbəli və sahibinin barmaq izi kimi unikal avtomobil.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment