|
|
|
Fond birjası | | | “Unibank” KB ASC-nin istiqrazlarının tədavül müddətinin uzadılması ilə əlaqədar |
12.05.2016 | |
| |
Baki, Finance Time. “Unibank” KB ASC-nin İdarə Heyətinin 04 aprel 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılmışdır.
Bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.12-ci və 1.13cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınmışdır.
|
|
|
|