Baki, Finance Time. 19 aprel 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010498 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 6 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 12,049,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 84.0344 (gəlirlik 19.1035%) və 91.3500 (gəlirlik 9.5212%) qiymət intervalında təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 87.0100 (gəlirlik 15.0115%) orta ölçülmüş qiymət 89.8585 (gəlirlik 11.3482 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 18 aprel 2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.