Baki, Finance Time. 05 aprel 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102008494 ISIN kodlu, 91 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 56 508 500 AZN təşkil etmişdir.
Sifarişlər 95.4651 (gəlirlik 19.3179%) və 98.2100 (gəlirlik 7.4120%) qiymət intervalında təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 97.1000 (gəlirlik 12.1455 %) orta ölçülmüş qiymət 97.3346 (gəlirlik 11.1361 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 06.04.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 000 000 AZN məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 05 iyul 2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.