1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” sığorta bazarının lideridir
04.04.2016

Baki, Finance Time. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA HəyatSığorta” ASC 2015-ci ilin yekun hesabatını açıqlayıb. Hesabatda şirkətin ümumi aktivlərinin həcmi cari ilin yanvar ayının 1-nə 148,6 mln. manat təşkil edib ki bu da, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 56,8 mln. manat və ya 62% çox olub.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu barədə şirkətin strateji direktoru İsrail Qarayev məlumat verib.

İ.Qarayevin  sözlərinə görə, hesabat dövründə şirkətin investisiya portfelinin həcmi 40,4 mln. manat və ya 51% artaraq 119,0 mln. manata, depozit pul vəsaitləri 40,2 mln. manat və ya 58% artaraq 110,0 mln. manata, həmçinin sığorta ehtiyatlarının həcmi 43,6 mln. manat və ya 96% artaraq 89,2 mln. manata çatıb: “2015-ci ilin yekunları göstərmişdir ki, ümumi aktivlərin,  investisiya portfelinin, depozit pul vəsaitlərinin və  sığorta ehtiyatlarının həcminə görə “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkətidir”.

İ.Qarayev həmçinin şirkətin ötən ilki gəlir və xərcləri barədə də məlumat verib. O qeyd edib ki, ötən il ərzində şirkətin ümumi gəlirləri 46,9 mln. manat olmaqla, əsas əməliyyat gəlirləri 54,8 mln. manat, investisiya gəlirləri 9,2 mln. manat və digər gəlirləri  isə (valyuta məzənnə fərqindən yaranmış gəlir) 17,9 mln. manat təşkil edib. “Eləcə də ümumi xərclərimiz 27,6 mln. manat, olmaqla, əsas əməliyyat xərclərimiz 18,0 mln. manat, işlərin aparılması xərclərimiz isə 9,5 mln. manat təşkil edib. Gəlir və xərclərin yekunu olaraq, 2015-ci il üzrə maliyyə mənfəətimiz  19,3 mln. manat olub. Dövlətə ödənilən mənfəət vergisi (3,9 mln. manat) çıxıldıqdan sonra, 2015-ci il üzrə xalis mənfəətimiz 15,4 mln. manat təşkil edib”- deyə strateji direktor qeyd edib.

Qeyd edək ki,  şirkətin ödənilmiş nizamnamə kapitalı 40,25 mln. manat olmaqla il ərzində sabit qalıb, bununla yanaşı cəmi kapital il ərzində 10,9 mln. manat və ya 25%  artaraq  55,7 mln. manata çatdırılıb.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment