Baki, Finance Time. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu və BFB Bilik mübadiləsi layihəsi çərçivəsində, 11.03.2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Laboratoriyasında “Azərbaycan qiymətli kağızlar bazarının ticarət arxitekturası və alətləri” mövzusunda seminar təşkil edilmişdir.
Tədbirdə Universitetin magistr və professor-müəllim heyəti iştirak etmişdir. Seminar zamanı iştirakçılara maliyyə bazalarının növləri və fəaliyyət mexanizmləri, qiymətli kağızlarla ticarət, Azərbaycan qiymətli kağızlar bazarı infrastrukturu barədə nəzəri və praktiki biliklər təqdim edilmişdir. Seminar BFB-nin İdarə Heyətinin sədr müavini Vüqar Namazov tərəfindən aparılmışdır.
Seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
Qeyd edək ki, cari ilin sonanadək BFB tərəfindən elm və təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.