1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"WOWOMAN xanımların arzularına dəstək olmaq üçün çalışır"
14.03.2016

Baki, Finance Time. WOWOMAN xanımların özünü ifadə etməsi, motivasiya əldə etməsi, ilhamlanması və inkişafı üçün yaradılmış platformdur.  WOWOMAN xanımların həyatını əlvan rənglərə boyamaq və onlara müxtəlif fürsətlər bəxş etmək naminə çalışır. Buna isə yerli və xarici aparıcı mütəxəssislərdən peşəkar təlimlər/seminarlar/kurslar; şəxsi inkişaf, ruhən və cismən istirahət üçün tədbir və məşqlər; iştirak edib təcrübə və fikirlərinizi bölüşə biləcəyiniz özünü ifadə, ilhamlanma və tədris üçün online platform; və müəllif layihələri - “Tech-Tech xanım”, “My WOWOMAN BOOK”, “#qorxmasaydim” vasitəsilə nail olurlar.

8 Mart Beynəlalq Qadınlar Günü üçün WOWOMAN komandası Park Bulvar AVM-in dəstəyi ilə xüsusi sərgi keçirmişdir. Sərgidə filmlərdə görməyəciniz, haqqında kitab yazılmayan, tanınmamış, lakin həyatları boyu müxtəlif çətinliklərə qalib gəlmiş, zərif qəhramanlarımızın şəkilləri və hekayələri nümayiş olunmuşdur. "Hər qadın bir qəhrəmandır" şüarı  və #SHEroes hashtagi ilə yadda qalan tədbir 6-13 mart tarixlərində Park Bulvar AVM-də baş tutmuşdur. Platformanın təsisçisi Zara Apetrei Hüseynovanın sözlərinə əsasən, WOWOMAN cəmiyyətdə xanımlara qarşı diqqəti artırmaq üçün çalışır və təkcə bayramda deyil, adi günlərdə də onların arzularına dəstək olmaq üçün faəliyyət göstərir.










Sərgidə nümayiş olunan hekayələrdən bəzi məqamları sizinlə paylaşırıq:

"Bir çox sahələrdə özümü sınamışam. Musiqidə, idmanda, incəsənətdə, ədəbiyyatda. Bütün bunlar astrofizika üzrə fəlsəfə doktoru olmağıma mane olmayıb."

"Oxumaq üçün heç vaxt gec deyil. Mənim 42 yaşım var və yaxşı təhsilim, böyük iş təcrübəmin olmasına baxmayaraq, mən hələ də oxuyuram. Hal-hazırda mən ABŞ-ın ən prestijli universitetlərindən birinin tələbəsiyəm, eyni zamanda, şüşə üzərində rəsm çəkməyi öyrənirəm."

"Atam xəstələndiyi zaman ona dəstək oldu, əlindən gələni etdi ki, atam sağ olarkən yalnız sevgi və qayğı ilə əhatə olunsun. Və mənim anam heç vaxt təslim olmur!"

"Həyat yoldaşı onun universitetə qəbul imtahanlarını uğurla verməsinə inanmırdı. Buna baxmayaraq, nənəm kollecə daxil oldu, eyni zamanda həm oxudu, həm də işlədi, sonra isə universitetə sənədlərini verdi. O universiteti fərqlənmə ilə bitirdi."

"Biz Azərbaycanda yaşayırıq, bunu bitirmək lazımdı, sən artıq böyüdün!". Bu xəbəri tam normal qarşıladığıma özüm də təəcübləndim, amma bununla barışmadım!"

"Mən xəstə olduğumu öyrəndiyim 2000-ci illər, Hepatit C müalicəsi olmayan bir xəstəlik sayılırdı. Amma mən yenə də ruhdan düşmədim, qeydiyyata düşdüm, virusun hansı genotipi olduğunu müəyyən etmək üçün qan analizi verdim və elmin inkişafını gözlədim."

"Bu gün Azərbaycan Rəssamlar İttifaqının, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Dizaynerlər İttifaqi Assosiasiyasının üzvü, CQE-nin "Əsrin keyfiyyəti" qızıl mükafatçısıyam."

"1993-cü il martın 2-si... Aydın qanlı döyüş tapşırıqlarının birində həlak oldu və şəhidlik zirvəsinə ucaldı. Dünyam qaraldı... Uşaqlarıma həm ata, həm də ana oldum, indi onlar mənimlə, mən də onlarla fəxr edirəm."

"Mən hicablıyam. Ətrafımdakılar fikirləşdilər ki, hicablı yalnız evdə oturub, ev işləri ilə məşğul olmalıdır. İlk dəfə işə düzəlmək istəyəndə Azərbaycanın məşhur alimlərindən biri bir cümlə dedi mənə: "Hicablı qadınsan, get otur evdə, yeməyini bişir, uşağını böyüt". İndi həmin alimə təşəkkür edirəm. Onun bu sözləri mənə stimul verdi, qarşıma məqsədlərimi qoydu."

"Həyatını tək davam etdirən və ya ailə həyatı qurmamış qadınlara gəldikdə, öz həyatlarını istədikləri kimi, qurmaq onlar üçün daha çətindir. Bunun səbəbi cəmiyyətdə hələ də mövcud olan mənfi fikirlərdir."

"Tez bir zamanda bununla da yaşamağın mümkün olduğunu anladım və  həyatıma əlil arabasında davam etmək məcburiyyətində qaldım. Həyatımı anlamlı yaşamağa qərar verdim."

"Kiçik bacım daun sindromludur. Biz, onun özünü "fərqli" hiss etməməsi üçün əlimizdən gələni əsirgəmirik."

"Uşaqlıqdan harda olurdumsa – riyaziyyat və ya fizika olimpiadasında, şahmat və

proqramlaşdırma yarışlarında və ya informasiya texnologiyası ilə bağlı tədbirlərdə iştirakçılar

arasında hər zaman yeganə qız, demək olar ki, mən olurdum."

"Deyirdilər ki, uşaq oturmayacaq, yeriməyəcək, danışmayacaq... Lakin, müəyyən bir müddət keçdikdən sonra, bu çatışmazlıqlara qalib gəldik, indi uşağım həm yeriyir, həm də qaçır."

"Ooo, qadın sürücü... Necə maraqlıdır..." Bu replikalar məni daha da ruhlandırır və mənə stimul verir – özümü cəmiyyətə lazımlı hiss edirəm."

Daha ətraflı hekayələri wowoman.org saytından oxuya bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment