1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə yeni Tvinninq layihəsinə start verilir
14.03.2016

Baki, Finance Time. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə birlikdə Azərbaycanda yeni Tvinninq layihəsinə başlayır. Layihənin rəsmi açılış mərasimi 15 mart saat 10.15-də Holiday Inn otelində baş tutacaqdır.
 
Layihənin Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon avro təşkil edəcəkdir və məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.
 
24 ay müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə 2 əsas istiqamətdə işləyəcək:
 
1. Azərbaycanda mədəniyyət sahəsi üzrə qanunvericilik, struktur və idarəçilik amillərinin nəzərə alınması ilə, ümumi sisteminin inkişaf etdirilməsi;
2. Milli mədəni irsin (o cümlədən maddi və qeyri-maddi irs, muzeylər və kitabxanalar) idarə olunma sistemi üçün yeni effektiv modelin hazırlanması və inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual tənzimləyici iş planının təqdim edilməsi. 
Layihə iki tərəfli Tvinninq aləti formasındadır. Məqsəd ən yaxşı təcrübələri ötürmək, qanunvericilik sahəsində Avropa standartlarını və Azərbaycana məxsus incəlikləri nəzərə alaraq, təkmilləşdirilmə planını yaratmaq üçün Üzv Dövlətlərin dövlət orqanlarını və Azərbaycan qurumlarını bir araya gətirməkdir.
Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Cənab Əbülfəs Qarayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard və İtaliyannın Azərbaycandakı səfiri Cənab Ciampaolo Kutillo iştirak edəcəklər.
 
Əlavə açıqlama:
Tvinninq - Aİ qanunvericiliyi və inkişaf modelinin ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək üçün ölkələrə yardım məqsədilə tərtib edilmiş Avropa Komissiyasının təşəbbüsüdür. Tvinninq aləti 2003-cü ildən etibarən bəzi yeni müstəqillik qazanmış Şərqi Avropa və Aralıq dənizi ölkələrində fəaliyyətə başlamışdır.
Tvinninq layihələri əməkdaşlıq fəaliyyətlərinin artırılması məqsədilə Aİ Üzv Dövlətlərindən və Benefisiar Ölkələrdən ekspert fikirlərini bir araya cəmləyir və inkişaf üçün təkan yaradır.
Əlavə informasiya üçün:  
http://ec.europa.eu/enlargement/tenders/twinning/index_en.htm

Ətraflı məlumat üçün:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi: Ramil Abbəkirov, Rezident Tvinninq Müşavirin Həmkarı

r.abbakirov@mct.gov.az, +994(12)4930233.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi: Gülnarə Bayramova, Mətbuat Katibi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment