1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq memorandumu imzaladı!
11.03.2016

Baki, Finance Time. Ölkəmizdə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank korporativ sosial məsuliyyəti çərçivəsində növbəti faydalı əməkdaşlığa başlayıb. Belə ki, bu gün Kapital Bankla Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum bankın əməkdaşları, universitetin tələbə-müəllim heyətinin iştirakı ilə Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən imzalanıb. Sənədə əsasən universitetdə Kapital Bank tərəfindən ixtisaslaşdırılmış “Elektron Bankçılıq” laboratoriyası yaradılacaq. Birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qarşılıqlı əməkdaşlığın ilk addımı kimi bu gün “Made in Azerbaijan” müsabiqəsi də elan edildi. Müsabiqənin şərtlərinə əsasən, təhsil aldığı müəssisədən asılı olmayaraq bütün tələbələr 12 Aprelə qədər Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını biznesideya@unec.edu.az ünvanına göndərməlidir. Münsiflər heyətinin qərarına əsasən seçilən ilk 3 biznes ideyanın sahibləri mükafatlandırılacaq.

Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində tələbələrin daha keyfiyyətli təhsil alması üçün müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır.

Ətraflı: www.kapitalbank.az

facebook.com/kapitalbank

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment