1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edir
11.03.2016

Kibercinayətlərin sayının artımı səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə “Microsoft” Azərbaycanda “qaynar xətt” açır.

Baki, Finance Time.  “Microsoft” şirkəti Azərbaycanda kibertəhlükələrin artımını qeyd edir ki, bu da son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT-şəbəkələrinə kiberhücumların sürətli artımı ilə bağlıdır. IDC-nin hesabatına əsasən, 65% hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompüterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir.

İnternetdə “Microsoft” Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsi ilə eyni saxta sxem Azərbaycanda da rast gəlinir. Misal üçün “pulsuz “Windows” yükləmək” təklifi vasitəsi ilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.

“Microsoft” Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80%-i keçmişdə kibercinayətkarlıq ilə qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5%-i isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.

“Cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən il ərzində 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir, - deyə “Microsoft”un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev qeyd edib. – “Microsoft” Korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür”.

Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, “Symantec”ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.

Kompüter piratçılığı da daxil olmaqla kibercinayətlər barədə bildirmək və ya bununla bağlı məsləhət almaq istəyənlər Azərbaycan ərazisində bu elektron adres ünvanına müraciət edə bilər: ceenmsamc@Microsoft.com.

 

“Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment