1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda müqəddəs Patrik günü qeyd olunacaq
10.03.2016

Baki, Finance Time. Martın 11-də Bakıda İrlandiyanın himayəçisi sayılan müqəddəs Patrik günü qeyd olunacaq. Tədbir “Hyatt” hotelinin və “William Grant & Sons” şirkətinin birgə dəstəyi ilə həyata keçiriləcək.

Rəvayətə görə, müqəddəs Patrik bütpərəst adaya xristianlığı gətirərək bütün ilanları adadan qovub. Müqəddəs Patrikın şərəfinə İrlandiyada hər il musiqi və rəqslər ilə şənliklər keçirilir və adətə əsasən,bayram iştirakçıları yaşıl rənglipaltar boyanırlar.Hazırda isə bu bayram bir növ beynəlxalq İrlandiya gününə çevrilib ki, sözügedən gün nəinki İrlandiyada, həmçinin bütün dünyada qeyd olunur.

Müqəddəs Patrik günününqədim zamanlardan bəri irland bayramı olmasına baxmayaraq, artıq bir neçə ildir ki,sözügedən bayram öz qızğın pərəstişkarlarını Azərbaycanda da tapır. Ada əhalisinin xristianlığı qəbul etməsinin rəmzi sayılan və artıq 100 ilə yaxın irland mədəniyyəti günü kimi dünyada qeyd olunan İrlandiyanın əsas dini bayramlarından biri olan müqəddəs Patrik günü Bakıda martın 11-də İzmir küçəsi, 1033 ünvanında yerləşən “Britannia” pabında qeyd olunacaq. Tədbirdə viski həvəskarları irland musiqisi və təbii ki, “Tullamore D.E.W.”irland viskisindən zövq almaq imkanı qazanacaqlar. Tədbir iştirakçıları əsl irland yeməyi, bürger və ya “fish&chips” sifariş edərək bir ədəd pulsuz “Tullamore D.E.W.” viski qədəhi əldə edəcəklər.

Tədbirin xüsusi qonağı 1998-ci ildən etibarən müxtəlif formalarda irland cəmiyyətini dəstəkləyən, Tippereri şəhərindən olan “Keltic Swing”irland musiqi qrupudur ki, bu qrup bayram çıxışınıBakıda “Britannia” pabında saat 19:00 başlayacaq. Qrup Azərbaycan səfəri üçünxüsusi olaraq adını “AZÉIRE”yə dəyişib.

“Tullamore D.E.W.” haqqında:

·      “Tullamore D.E.W.”– dünya üzrə ikinci ən böyük irland viski brendidir, onun dünya bazarında satışları 2005-ci ildən etibarən iki dəfə artıb, daha dəqiq isə 850 min yeşikdən (9 litrlik) çox miqdarda artıb. Öz zərif ətri ilə dünyada məşhurluq qazanmış “Tullamore D.E.W.” irland viskisi üç etap təmizləmədən keçir və üç irland viski növünün tamını verir – buğda, mayalanmış və distillə kubu. Buğda viskisinin şirin həlimi, distillə kubu viskisinin incə acılığı və maya viskisinin meyvə tamı “Tullamore D.E.W.”u başqa irland viskiləri sirasından fərqləndirir. Möhtəşəm “Tullamore D.E.W.” viskisinin çeşidi: “Tullamore D.E.W. Original”, “Tullamore D.E.W. Phoenix”,xüsusi ehtiyatdan 12-i illik “Tullamore D.E.W.”və bir dəfə mayalanmış 10 illik“Tullamore D.E.W.“ viskilərini daxil edir.

·      “Tullamore D.E.W.” “Tullamore Distillery” yeni zavodunun açılışını qeyd etmək üçün “Tullamore D.E.W. Celebratory Phoenix Single Batch” 2014-ci il bayram partiyasını istehsal etdi.

·      Brend haqda əlavə məlumat üçün: www.tullamoredew.com. Bizi “Facebook”da tapa bilərsiniz: https://www.facebook.com/tullamoredew.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment