1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Konqreslər Bürosu növbəti təlimini başa vurdu
09.03.2016

Baki, Finance Time. Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti dəfə öz tərəfdaşları üçün təlim təşkil edib.

Əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyanın misilsiz görüşlər məkanına çevirmək olan Azərbaycan Konqreslər Bürosu 2016-ci il üçün nəzərdə tutulan ikinci təlimini 7 mart tarixində “Hilton Baku” mehmanxanasında təşkil edib.

Sərgilərdə iştirakın səmərəliyinin artırılması yolları üzərində qurulan bu təlim büronun icraçı direktoru cənab Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə Büro üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak etmişdir.

Nəzərə çatdırmaq vacibdir ki, belə təlimlərin keçirilməsi yerli turzim şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.

Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib. Bundan başqa iştirakçılar effektiv təqdimatın hazırlanması və sərgilərdə iştirakın daha faydalı olması üçün gərəkli olan fəaliyyət və üsulları nəzərdən keçirib.

Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə Görüşlər Sənayesi tədbirlərində iştirak edir. Bunu nəzərə alaraq bu sahədə çalışan şirkətlərə gələcək tədbirlərdə istifadə edə biləcəkləri nəzəri və praktiki məsləhətlər vermək olduqca gərəklidir.

Tədbir zamanı, iştirakçılar geniş fikir mübadiləsi edib və sərgilərdə Azərbaycan stendinin daha da maraqlı, gözəgəlimli tərtib olunması və turizm məkanı olaraq ölkəmiz haqqında daha dolğun informasiyanın təqdim olunması istiqamətində öz fikirlərini Büro ilə bölüşüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment