1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 10-cu Bakı Yay Enerji Məktəbini keçirəcək
09.03.2016

Baki, Finance Time. ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 10-22 iyul, 2016-ci il tarixlərində 10-cu Bakı Yay Enerji Məktəbini keçirəcək.

İki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcəkdir. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olacaqlar.

Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və özəl neft şirkətlərinin rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın Xarici İşlər, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”, “Statoil”, “PETRONAS” və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri çıxış edəcəklər. Müəllimlərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya şöhrətli elm mərkəzlərinin görkəmli mütəxəssisləri ilə tamamlanacaqdır.

İştirakçıların həm də Azərbaycanda neft sənayesinin keçmişi və müasir tarixi ilə bağlı olan Sənqəçal neft terminalını, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini, Nobel qardaşları muzeyini və başqa bu kimi yerləri görmək fürsəti olacaqdır.

Proqram tamamlandıqdan sonra iştirakçılar sertifikatlarla mükafatlandırılacaqdır.

İştirak və proqram haqqında daha ətraflı məlumat üçün aşağıdakı linki ziyarət edə bilərsiniz:

http//www.ccee.ada.edu.az/summerschool

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment