1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hesab.az yeni loqosunu təqdim etdi
09.03.2016

Baki, Finance Time.  Azərbaycanın onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan GoldenPay ASC Hesab.az protalının yeni vizual görünüşünü təqdim etdi. Bu gündən etibarən istifadəçilər portalı yeni dizaynda istifadə edəcək.

Park İnn otelində keçirilən mətbuat konfransı portalın təqdimat video çarxı ilə başlayıb. Portalın təqdimat video çarxında Hesab.az-ın yeni əsas konsepsiyası olan “Vaxtınıza dəyər verin” mesajı ön plana çəkilib. Video çarxın rejissoru Emil Quliyev çıxışında uzun zamandır Hesab.az istifadəçisi olduğunu və Hesab.az-ın yeni konsepsiyasının təqdimat videosunun hazırlanması ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Mətbuat konfransında şirkətin rəhbəri Fərid İsmayılzadə Hesab.az-ın yeni stili ilə bağlı jurnalistlərə ətraflı məlumat verərək, portalın qarşıdakı hədəflərini açıqlayıb:

“Hər zaman inanmışam ki, insan texnologiyanın edə biləcəyi işlərə görə vaxt itirməməlidir. Əgər texnologiyadan istifadə edərək, hər hansı ödəniş aparmaq və ya xidməti almaq üçün 10-15 saniyə kifayət edirsə, niyə buna saatlarla vaxt itirilməli, enerji sərf edilməlidir?! Elə bu ideyanın əsasında biz 2011-ci ildə Hesab.az portalını yaratdıq. Bizim üçün heç vaxt şirkətin kommersiya maraqları üstün olmayıb. Bizim əsas məqsədimiz insanların vaxtlarına qənaət edərək onu daha səmərəli keçirmələri və ailələrinə, sevdiklərinə daha çox vaxt ayırmalarıdır. Elə ilk video çarxımızda da məhz ailə mövzusu önə çəkdik. Qarşıda yeni video çarxların çəkilişi də nəzərdə tutulub. Yeni video çarxlarda isə Hesab.az-dan istifadə etməklə qənaət edilən vaxtın necə daha səmərəli dəyərləndirməyin mümkünlüyünü nümayiş etdirəcəyik”.

F. İsmayılzadə il ərzində Hesab.az-ı tamamilə yenilənəcəyini deyib: “Hesab.az-ın yalnız görüntüsünü deyil, həm də texnoloji imkanlarını yeniləyəcəyik. Demək olar ki, bu istiqamətdə görülən işlərin yarısı tamamlanıb. Növbəti ildə isə biz onlayn xidmətlərimizin sayını artırmağı planlaşdırırıq. Hesab.az istifadəçiləri aviabilet daxil olmaqla, alış-veriş etmək imkanına qədər bir çox xidmətləri bir məkandan əldə edə biləcəklər”.

Fərid İsmayılzadə mətbuat konfransında yeni istifadəyə verilmiş lite.hesab.az USSD sistemini də təqdim etdi. O bildirib ki, bu sistem interet olmadan Bakcell və Nar abunəçilərinə hesab.az-dan istifadə etmək imkanı verir: "lite.hesab.az-da qeydiyyatdan keçmiş Bakcell və Nar abunəçiləri *713# yığmaqla USSD menudən isitfadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər".

Portalın yeni dizaynını hazırlayan “SAFAROFF Creative Agency” şirkətinin qurucusu Çingiz Səfərov GoldenPay-lə işləməkdən məmnun olduğunu bildirib: “GoldenPay müasir və yenilikçi şirkətdir. Bu şirkət üçün insanların vaxtına qənaət etməsi əsas amil olduğundan işimizdə bunu nəzərə almışıq. Hesab.az brendinin yeni stilini də məhz bu amili əsas tutaraq hazırlamışıq”.

Hesab.az haqqında

GoldenPay şirkətinə məxsus 215 mindən çox istifadəçisi olan Hesab.az, 100-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 15 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment