1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda kitabxanaçılar üçün xüsusi təlim keçiriləcək
07.03.2016

Baki, Finance Time. 17 mart 2016-ci il tarixində dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də,  digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün “Müasir kitabxana konsepsiyası” mövzusunda təlim keçiriləcək.

Xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında  iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Bundan başqa tədbirdə, dünyanın ən inkişaf ölkələrində kitabxana avadanlıqlarının tətbiqini həyata keçirmiş alman şirkətinin xüsusi dəvət edilmiş nümayəndəsi iştirak edəcək və öz təcrübəsi, uğurla həyata keçirilmiş layihələr, ən müasir 3M avadanlıqları və kitabxana avadanlıqlarının istehsalı ilə məşğul olan Almaniya şirkətinin ən son yenilikləri barədə məlumat verəcək. Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə edəcəklər. Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarına sertifikat təqdim olunacaq

Sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə kompanenti tətbiq edilmişdir.

ALISA  (Automated  Library  Information  System of Azerbaijan) sistemi  kompleks  birlayihəkimiAzərbaycanınKitabxana  sistemini  inkişaf  etdirmək  üçünyaradılmışdır.  Qeydedək ki, ALISA sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Ultra Technologies” şirkəti tərəfindən işlənib hazırlanmışdır.

Təlim 17 mart 2016-ci ilsaat 11:00-da başlayacaq. İştirak etmək istəyənlər öncədən qeydiyyatdan keçməlidir.

Qeydiyyat üçün aşağıdakı linkə daxil olub anketi doldurmaq  lazımdır:seminar.ultra.az/alisa


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment