1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir
04.03.2016

Baki, Finance Time. PAŞA Sığorta şirkəti yeni daşınar və daşınmaz əmlakın icbari və könüllü sığortası üzrə məhsulu olan Yaşıl Bakı-nı müştərilərinə təqdim edir.

Bu məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun və əsas özəlliyi ondan ibarətdir ki,  paketlərin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Sizin

tələblərinizə uyğun olan sığorta paketini seçərkən müvafiq sığorta təminatı əldə edirsiniz.

Həmçinin layihənin sosial tərəfi də mövcuddur. Buməhsulları əldə etdiyiniz zaman paketin adına uyğun paytaxtımıza bir ağac hədiyyə etmiş olursunuz.  Hər 6aydan bir PAŞA Sığorta şirkətinin əməkdaşları satılan məhsulların sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində  ağac əkilməsini həyata keçirəcəklər. Belə ki, bu paketləri əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhvəsi olacaqdır. 

Üstünlüklərdən digəri isə ondan ibarətdir ki, əmlakınız baza yaşayış üçün tam yararsız olduğu halda hər bir paket üzrə sizə aylıq 300 AZN, 500 AZN, 700 AZN məbləğində kirayə haqqı ödəniləcəkdir.

Çinar Paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə  199 AZN təşkil edir. Paketlər bir birlərindən təminat məbləğinə görə fərqlənirlər.

Bu paketləri əldə edən hər kəs xüsusi Yaşıl Bakı kartına sahib olur və müxtəlif  endirimlərdən yararlanmaq imkanı qazanır.  Endirim təqdim olunan ticarət obyektlərinin siyahısı aşağıdakı kimidir:

•           166 Yük Taksisi 10%

•           H2O Quru Təmizləmə 20%

•           Təmiz Xalı 10%

•           Alo Usta 20%

•           Baku Cleaning Company 10%

•           PurePro Su filtrləri 15%

•           Diona Mebel 15%

•           Optimal Electronics 20%-dək (endirimlər planşet, notebook və telefonlara şamil edilmir)

Ətraflı məlumat üçün: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://pasha-insurance.az/az

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.«PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment