Baki, Finance Time. 12 fevral 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104002479 ISIN kodlu qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 415 000 USD təşkil etmişdir.
Sifarişlər 95,2505 % (gəlirlik 5.00 %) və 97.1000 % (gəlirlik 2.99 %) qiymət intervalında təqdim edilmişdir..
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 96.6184 (gəlirlik 3.51 %) orta ölçülmüş qiymət 97,0199 (gəlirlik 3.08 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 USD məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 10 fevral 2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.