1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Dünya qızıl bazarında tələbat iki illik minimuma enib
22.08.2012

Dünyada qızıla olan tələbat bu ilin II rübündə 990 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.

«
APA-ECONOMICS»in məlumatına görə, bu barədə Ümumdünya Qızıl Şurasının hesabatında deyilir. Sənəddə qeyd olunur ki, bu göstərici son iki illik minimuma enib.

Şuranın hesablamalarına görə, tələbatın azalmasının əsas səbəbi Hindistan və Çin tərəfindən qızıl alışının azalmasıdır. Eyni zamanda bildirilir ki, dünyada mərkəzi banklar və investorlar əksinə olaraq qızılın alışını artırıb ki, bunun da əsas səbəbi kimi aprel-iyun aylarında qızılın müəyyən dərəcədə ucuzlaşmasını göstərmək olar. 

Belə ki, II rübdə qızılın orta qiyməti 1 611,8 dollar/unsiya təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artıq olsa da, I rüblə müqayisədə 4,7% azdır. Nəticədə, dünyada mərkəzi bankları rüb ərzində qızıl ehtiyatlarını 157,5 ton artırıb ki, bu da ötən ilin II rübün göstəricisindən 2 dəfə çoxdur. Qızılın alınmasında ən fəal Rusiya, Ukrayna, Qazaxıstan və Filippin mərkəzi bankları olub. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment