1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Ketchum” Şərqi Avropada partnyor şəbəkəsini və fəaliyyətini genişləndirir
21.01.2016

Ketchum qlobal kommunikasiya şəbəkəsi Azərbaycanın “RED Communications” kommunikasiya agentliyi ilə sazişi imzalayıb

 “Ketchum” qlobal kommunikasiya şəbəkəsi və Azərbaycanın aparıcı kommunikasiya agentliyi sayılan “RED Communications” şirkəti arasında eksklüziv tərəfdaşlıq sazişi imzalanıb. Dərhal qüvvəyə minmiş saziş “RED Communications”ın“Ketchum”un Moskva ofisi ilə - “Ketchum Maslov” şirkəti ilə üç ildən çox davam edən əməkdaşlığa əsaslanıb.

“Ketchum”un Avropadakı baş partnyoru və icraçı direktoru Devid Qallaher (David Gallagher) “RED Communications”agentliyini salamlayaraq bildirib: “Son 10 il ərzində biz Orta və Şərqi Avropadaunikal təcrübə əldə etmişik. Biz sözügedən təcrübəmizin əhəmiyyətli potensiala malik olan bazarda təkmilləşdirməsini davam edəcəyik”. Yeni sazişin imzalanması “Ketchum”un Şərqi Avropada mövqeyinin möhkəmlənməsinə təkan verəcək: hazırda “Ketchum”un Avropa, Yaxın Şərq və Afrika regionunda 17 ofisi və tərəfdaş agentliyi mövcuddur.

“Bizim tərəfdaşlarımız yüksək peşəkarlığa, təcrübəyə və çoxsaylı müştərilərə malikdir. Biz “RED Communications”ın beynəlxalq bazarlara çıxmaq niyyətində olan müştərilərinə yardım etməyə hazırıq. Eyni zamanda, biz inanırıq ki, həmkarlarımız regionda dəstəyə ehtiyacı olan qlobal müştərilərimizə yüksək səviyyəli xidmətlə təmin edə biləcək”, - deyə D. Qallaher əlavə edib.

“RED Communications” agentliyi 2009-cu ildə Bakıda təsis olunub. Agentlik strateji PR, BTLvərəqəmsal kommunikasiyalar xidmətlərinigöstərir, onun müştəriləri arasında isə bir sıra aparıcı yerli və qlobal şirkətlər, həmçinin dövlət və qeyri-kommersiya təşkilatlarımövcuddur.Agentliyin əsas fəaliyyət istiqamətləri – şirkət reputasiyasının idarə olunması, media ilə əlaqələr, rəqəmsal və böhran kommunikasıyalarıdır.

“RED Communications”ın icraçı partnyoru Tatyana Mikayilova bildirib: “Biz “Ketchum” şəbəkəsi ilə rəsmi sazişin imzalanması və əlaqələrin möhkəmlənməsinə şadıq. Bu, bizim və Azərbaycanın PR-xidmətləri bazarı üçün olduqca vacib bir hadisədir, və sazişin imzalanması agentliyimizin altıillik yubileyi ilə üst-üstə düşməsi bizim üçün xüsusən xoşdur. Azərbaycan bazarında bizim uğurlu fəaliyyətimiz “Ketchum”un dünya üzrə tanınmış ekspertizası ilə dəstəklənəcək və bu da öz növbəsində yerli müştərilərimizə və əməkdaşlarımıza əlavə imkanlar yaradacaq”.

“Ketchum” ilə eksklüziv tərəfdaşlıq “RED Communications” agentliyinə “Ketchum” Universitetinin peşəkarlığın inkişafı proqramına qoşulmaq, həmçinin yeni biznesin inkişafı da daxil olmaqla “Ketchum”un qlobal beynəlxalq təcrübələrində iştirak etmək imkanını yaradır.

 

“Ketchum” haqqında:

“Ketchum”– qabaqcıl kommunikasiya şəbəkəsidir və hazırda dünyanın 6 qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir. Şəbəkə 17 dəfə “Kann şirləri” mükafatına və “PRWeek” tərəfindən dəfələrlə “İlin şirkəti” kateqoriyasında mükafata layiq görülüb.“Ketchum”müştərilərinə strateji yanaşmanı qurmağa, brend və reputasiya formalaşdıran kreativ və ölçülə bilən nəticələrin yaradılmasına yardım edir. DAS Şirkətlər Qrupuna daxil olan “Ketchum” haqqında daha ətraflı məlumatı şəbəkənin internet səhifəsində əldə etmək mümkündür www.ketchum.com.

 

DAS Şirkətlər Qrupu haqqında:

DAS Şirkətlər Qrupu qlobal “Omnicom Group Inc.”ın (NYSE: OMC) (www.omnicomgroup.com) şöbəsi və marketinq şirkətlər qrupudur. DAS 200-dən artıq şirkətiözündə birləşdirir və müştərilərə PR, səhiyyə, CRM, reklam marketinqı, xüsusi tədbirlər, brendinq və tədqiqat xidmətlərini göstərir. Şəbəkə və regional təşkilatlar vasitəsi ilə DAS beynəlxalq, regional və lokal müştərilərinə 71 ölkədə 700-dən çox ofisdə xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment