1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


BFB-nin yeni Ticarət Sistemi üzrə Birja üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilmişdir
15.01.2016

Baki, Finance Time. 13 yanvar 2016-ci il tarixindən etibarən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş vahid Ticarət, Post Ticarət və Nəzarət platforması üzrə “BFB-nin yeni Ticarət Sistemi” mövzusunda Birja üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilmişdir.

Təlimlər Koreya Birjasının mütəxəssisləri tərəfindən, BFB əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Təlimlər zamanı BFB-nin yeni ticarət sistemin funksionallığı, iş prinsipi, yeni ticarət imkanları, eyni zmanada BFB-də ticarət əməliyyatlarında iştirak üçün nəzərədə tutulmuş xüsusi proqram təminatında iş qaydalarının tədrisi nəzrədə tutulmuşdur.

Təlimlər ümumi tanışlıq və praktiki məşğələlər daxil olmaqla 13-15 yanvar tarixlərində keçiriləcəkdir. Daha sonra təlimlər Birja üzvlərinin bilavasitə iş yerlərindən davam etdiriləcəkdir.

Qeyd edək ki, bu tədbir “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş vahid Ticarət, Post Ticarət və Nəzarət platformaları üzrə ötən ilin dekabr ayında başlanılmış sınaq işləri və istifadəçi təlimləri çərçivəsində təşkil edilmişdir.

Layihənin 2016-cı ilin fevral ayına qədər davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının mütəxəssisləri ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzər yerli mütəxəssislərə istifadəçi təlimləri keçiriləcəkdir.

Qeyd edək ki, qiymətli kağızlarlarla vahid Ticarət, Post Ticarət və Nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə veriləcəyi planlaşdırılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment