1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti inşa müsabiqəsinə start vermişdir
11.01.2016

Baki, Finance Time. PAŞA Sığorta şirkəti “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində facebook izləyiciləri üçün inşa müsabiqəsinə başlamışdır. Belə ki, dekabr ayında ASAN könüllüləri üçün keçirilən Sığortaçı Akademiyası təlimlərinə facebook izləyicilərinin böyük marağı yarandığı üçün, PAŞA Sığorta şirkəti “SIĞORTANIN HƏYATIMIZDA ROLU” mövzusunda ən yaxşı inşa yazacaq 20 iştirakçıya Sığortaçı Akademiyası təlimində iştirak imkanını təqdim edir. İştirak üçün 18-30 yaş arasında olan hər kəs 25 yanvar tarixinə kimi inşalarını marketing@pasha-insurance.azelektronünvanına mövzu yerində “SIĞORTANIN HƏYATIMIZDA ROLU” qeyd edərək inşalarını göndərməlidilər. İnşalar PAŞA Sığorta şirkətinin ekspertləri tərəfindən yoxlanılacaq və nəticələr  fevral ayının ortalarında elan olunacaq. Təlimlərin fevral və mart aylarında keçirilməsi planlanır. Əsas mövzular Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibatı əhatə edən təlimlər PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimin sonunda hər kəsə SERTİFİKATLAR təqdim olunacaq və təlim ərzində fərqlənən bir neçə iştirakçını xüsusi HƏDİYYƏLƏR gözləyir. Sığorta biliklərini artırmaq istəyən hər kəs bu müsabiqəyə qoşula bilər.

Layihənin əsas məqsədi gənclər arasında sığorta maarifləndirilməsinin artırılmasından ibarətdir və sosial xarakter daşıyır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 32 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment