1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC və “Bakı Metropoliteni” QSC uşaqlar üçün Yeni il bayramı təşkil etdi
06.01.2016

Baki, Finance Time. 6 yanvar 2016-cı il tarixində “AtaSığorta”  ASC və “Bakı Metropoliteni” QSC korporativ sosial məsuliyyət çərçivəsində Şağan qəsəbəsində yerləşən 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün ilin ilk xeyriyyə aksiyasını- Yeni il bayramını keçirdi. Yeni il bayramı zamanı uşaqlar bəzədilmiş yolka ətrafında  Şaxta Baba, Qar qızı və  nağıl qəhrəmanları  ilə  birlikdə şənləndilər. Fokusçuların və jonqlyorun çıxışları da bayramı bəzədi. Ən yaxşı mahnı və şer müsabiqəsi keçirildi.  Tədbirin sonunda  uşaqların hamısı  Şaxta Babadan və Qar qızından  Yeni il hədiyyələri aldı.

"Bakı Metropoliteni" QSC-nin Marketinq şöbəsinin rəisi Lalə Babayeva   və  “AtaSığorta”  ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev tədbirlə bağlı  qeyd etdilər ki, gələcəkdə də korporativ sosial məsuliyyət çərçivəsində bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla 28 sığorta növü - 24 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 32 filial, nümayəndəlik və satış ofisləri daxildir.

Əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxın olan “Bakı Metropoliteni” QSC-nin məqsədi şərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsi, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisi və metropolitenin maddi-texniki bazasının gücləndirilməsdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment