1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Rolls-Royce” piknik üçün səbətin məhdud kolleksiyasini təqdim edib
16.12.2015

“Rolls-Royce Motor Cars” şirkəti ənənəvi şampandan başqa özünü daha orijinal içki ilə sevindirmək istəyən estetlər üçün kokteyl hazırlamaq üçün lazımi ləvazimatlara malik olan eksklüziv dəsti fəxrlə təqdim edir. Məhdud sayda satışa çıxarılan bu komplekt Milad bayramı ərəfəsində Londonda “Harrods” univermağının vitrinlərini bəzəyəcək.

Bu unikal aksessuar ideyasını reallığa çevirməyə “Rolls-Royce”un mahir ustalarının incə işi və detallara olan məşhur etina yardım edib. Dəstin yaradıcısı, “Rolls-Royce” aksessuarlarının dizayneri, Sina-Mariya Eql, peşəkar məsləhəti üçün Londonun “Dorchester” və “45 Park Lane” hotellərində çalışan ekspertlərə müraciət edib. Həmin məsləhətlərin əsasında klassik və müasir kokteyllərin yaradılması üçün səbətdə bütünlazımi elementlər nəzərdə tutulub.

Dəstin korpusu Amerikada bitənşabalıd ağacından və natural teksturaya malik olan zərif dəriləəl ilə işlənib– həmin materiallar bəzi “Rolls-Royce” avtomobillərinin interyerində istifadə olunur. Hər bir nüsxənin hazırlanması üçün 8 həftə vaxt tələb olunur.

“Navy Blue” rəngində dəriyə malik olan qapağı sadəcə açmaqla qarşınızda mükəmməl kokteyllərin hazırlanması və dequstasiyası üçün hər şey hazırdır. Səbətdə olan və əl ilə işlənilən hər bir alət unikaldır və estetik qüsursuzluq, funksionallıq və istifadədə rahatlıq ilə tam uyğunlaşdırılıb. Yüngüllük və güzəştsiz təmtəraqlıq – aksessuarın dizaynınınleytmotividir. Meyvə bıçağı maqnitlə təchiz olunan taxta paneldə saxlanılır ki, bu da biçağın təhlükəsiz və asan daşınmasını təmin edir. Quraşdırılmış işıqlanma isə qapaq açılan zaman avtomatik yanır, səbətin interyerini gözoxşayan işıq aynalı səthlərdən əks olunaraq zəngin kokteyl-barın ab-havasını yaradır.

“Bizim yaratdığımız hər bir avtomobil öz sahibinin həyat tərzini və dünya görünüşünü əks etdirir. Təcəssümün misilsiz imkanları heç də avtomobilin bəzənməsi ilə məhdudlaşmır: onları müştərilərin həyat tərzinə uyğun aksessuarlar xeyli genişləndirir. Kokteyllər üçün peşəkarcasına hazırlanan piknik səbəti dünyanın ən tələbkar təmtəraqhəvəskarlarının – “Rolls-Royce” sahiblərinin tələbinin anladığımızı nümayiş eydirir”, - deyə “Bespoke” dizayner qrupunun rəhbəri Qevin Hartli bildirib.

Aksessuar dəstinin yaradıcıları qüsursuz rahatlığı təmin etmək üçün bütün mümkün olan vəziyyətləri nəzərə alaraq orijinal həllərdən istifadə edib. Qonaqlar üçün kanape hazırlamaq üçün bütün inqrediyentlər hazırdır: səbətin alt hissəsində buzqabıdan sağ və sol tərəflərdə iki boşqab yer alır, səliqəli siyirtmə qutularda isə müxtəlif reseptlər və pambıq salfetlər saxlanılır. Qədəhlər, qrafinlər və şeykerlər səbətin “Golden Sand” dəri ilə işlənmiş üst hissəsində saxlanılır. Bu rəng parlaqlığa görə seçilib vəcilalanmış alüminə bənzəyir.

Kiçik alətlər,“American Walnut” rəngində olan kokteyl üçün taxta çubuqlar və RR monoqramlı ələk daxil olmaqla, xüsusi hazırlanmış hərəkət edən rəfdə saxlanılır. Sözügedən bu dolab rahatlıqla açılır və istifadə olunmayan halda avtomatik bağlanır.

Yalnız dünyanın ən yaxşı tədarükçülərindən olan ən zərif materiallar “Rolls-Royce” avtomobilini bəzəməyə layiqdir. Hazırda bu prinsip şüşə qab-qacağın seçiminə də aiddir. “Rolls-Royce” şirkətiənənələrə sadiq qaldığına və sənət bacarığına görə Avropanın ən adlı-sanlı şüşə avadanlıqları istehsalçısıvə kral saraylarının tədarükçüsü olan “Theresinthal” manufakturasınıseçib.

Ənənəvi üfürmə üsulu ilə qədəhlərin hazırlanmasına bir ay vaxt tələb olunsa da, bu, mükəmməl hamar səthi təmin edir. “Theresienthal”da çalışan ustaların əksəriyyəti bu manufakturada artıq ailələrinin 5-ci nəslin nümayəndədirlər. Hər qədəhin unikallığı istehsalın hər mərhələsində əl işinin olmasıdır: görünməyən fərqustanın individuallığını əks etdirir.

Qədəhlərin incəliyini vurğulayan zərif ştrix – platindən haşiyənin işlənməsidir.

Xüsusi quraşdırılmış kəsmə taxtanın altında qədəhlər üçün məcməyiquraşdırılıb, hansı ki, “Rolls-Royce”a məxsus tərzdə qonaqlara bənzərsiz içkiləri təqdim etməyə imkan yaradır. Dəstibrendin unikal tarixindən ilhamlanan kokteyl reseptləri kitabı tamamlayır.

Bu nəfis dəstin eksklüzivliyi ondadir ki, o, məhdud tirajda hazırlanacaq – cəmi 15 ədəd. Onlardan birini dünyada 130 rəsmi nümayəndəliyinin birinə sifariş verərək əldə etmək mümkündür.

“Rolls-Royce”un piknik səbətinə 4 ədəd əl işi olan qrafin, 4 ədəd əl işi olan qədəh, kokteyl üçün şeyker, buz üçün vedrə və maşa, butulka açan, bıçaq, qəlyanaltı üçün 2 ədəd boşqab, salfetlər, kokteyl üçün 6 ədəd çubuq, qida məhsulları üçün 2 ədəd konteyner, qaşıq, ölçü nişanlı stəkan, bar həvəngdəsi, pulverizator, sini və s. aksessuarlar daxildir.

Sözügedən aksessuarlardan ibarət olan piknik səbətinin qiyməti Böyük Britaniyada 26 366 funt, Avropada – 31 515 avro, ABŞ və digər ölkələrdə isə 46 328 ABŞ dolları təşkil edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment