Baki, Finance Time. 10 Dekabr 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 4 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.
Hərracda 1 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 4 000 000 manat təşkil etmişdir.
Sifariş 101.2333% qiymətdə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.