Baki, Finance Time. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AJC” MMC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi
|
AZ2001019770
|
Emissiyanın həcmi
|
11 000 000 ABŞ Dolları
|
Yerləşdiriləcək istiqrazların sayı
|
11 000 ədəd
|
Bir istiqrazın nominal dəyəri
|
1 000 ABŞ Dolları
|
İstiqrazların tədavül müddəti
|
720 gün
|
İstiqraz üzrə faiz dərəcəsi
|
8 %
|
Faiz ödəniş dövrünün müddəti
|
3 aydan bir
|
Anderrayter
|
“Standard Kapital” MMC
|
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“AJC” MMC-nin -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.