1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirdi
01.12.2015

Baki, Finance Time.  “AtaSığorta” ASC Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə birlikdə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirmişdir. Qanvermə aksiyası noyabr ayının 27-də, Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşən “AtaSığorta” ASC-nin Baş Ofisində təşkil olunmuşdur.

Tədbirdə “AtaSığorta”, “AtaBank”, “Synergy Group”, MİM Mühəndislik, MG Holding, Praktikal Soluşns Group, İpək Yolu Sığorta, Caspian International Investement Company və digər şirkətlərin əməkdaşları  yüksək həvəslə iştirak edərək qana ehtiyacı olan talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək üçün bu humanist aksiyaya qoşulublar.

Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığının öncədən müəyyən olunması üçün qan analizi götürülmüş və səhhətində problemi olmayan donorlardan qan götürülmüşdür. Yığılan qan ehtiyatı yekun olaraq yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 32 filial, nümayəndəlik və satış ofisləri daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment