1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın təşkilatçılığı ilə “İnsan Resursları Forumu -Bakı 2015”adlı geniş tədbir keçirilib
17.11.2015

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” Şirkətinin təşkilatçılığı ilə bu ilin noyabr ayının 13-də Azərbaycanda ilk dəfə olaraq “İnsan Resursları Forumu - Bakı 2015” adlı geniş tədbir keçirilib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, forumda beynəlxalq təcrübə və yerli yanaşmanın vəhdətini dinləmək, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparmaq üçün ölkənin ən nüfuzlu təşkilat və şirkətlərinin 300-dən çox peşəkar HR rəhbərləri iştirak edib.
Forumda çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qeyd etdi ki,dövlətimizin başçısı cənab İlham Əliyevin bildirdiyi kimi: “Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk”. Elə bizim də təşəbbüsçu və təşkilatçı olaraq, bu forumu keçirməkdə əsas məqsədimiz bu siyasətin icrası ilə bağlı üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməkdir”

M.Rüstəmov daha sonra bildirib ki, insan resurslarının idarə edilməsi sahəsində çalışan peşəkarlar digər sahədə çalışan peşəkarlardan öz üzərlərinə düşən mühüm vəzifələri ilə seçilirlər: “Çünkü, bu sahənin hər bir peşəkarı istər-istəməz həm özlərinin, həm çalışdıqları qurumların, həm də ümumilikdə cəmiyyətin peşəkarlıq və fərdi keyfiyyətlərinin inkişafında çox əhəmiyyətli rol oynayırlar. Bu baxımdan bu sahə üzrə təcrübənin peşəkarlar və qurumlar arasında mübadiləsi, beynəlxalq təcrübənin öyrənilməsi və milli dəyərlərimizə adaptasiya edilmiş formada tətbiqi üçün belə bir forumun keçirilməsinin zəruriliyini bir daha vurğulamaq istərdim. Düşünürəm ki, forumun təşkili həm insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar üçün, həm qurum və təşkilatlar üçün, həm də cəmiyyət üçün çox uğurlu nəticələrlə yadda qalacaq və İnsan Resursları  Forumu ənənəvi hal alacaq”. 

M.Rüsəmov bu tədbirin “PAŞA Həyat”ın sosial yönümlü növbəti layihələrindən biri olduğunu qeyd edib: “Bu forumdan əvvəl “PAŞA Həyat” tərəfindən müxtəlif sahələri əhatə edən bir neçə sosial layihələr, o cümlədən Azərbaycanı dünyaya tanıtmaq, onun zəngin tarixi mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətindəbir çoxlayihələr də həyata keçirib.

Belə ki, “PAŞA Həyat” Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də “İRS Publishing House” nəşriyyat evinin dəstəyi ilə İçərişəhərə aid“Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, Azərbaycan miniatür sənətindən bəhs edən “Təbrizin sehrli nağılları”, Şəkiyə həsr edilmiş “Məftun edən şəhər” və Bakının mədəni irsi və müasir nailiyyətlərinə aid "Bakı simfoniyası"adlı kitabların işıq üzü görməsində, onların oxucu kütləsinə çatdırılmasında yaxından dəstək olub.
Sosial layihələrimiz yalnız bu sahə ilə kifayətlənmir. Biz gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsini, həmçinin ölkəmizdə sağlam gənc nəslin formalaşdırılması siyasətinə də daim dəstək olmuşuq. Məhz bunun təzahürü olaraq, gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliğ etmək, futbolun kütləviliyinin artırılması və gəncləri sağlam həyata yönləndirimək məqsədi ilə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarını əhatə edən "Futbol və Sağlam Həyat" layihəsi, eyni zamanda  Sumqayıt məktəblilərinin yay tətillərini səmərəli və daha maraqlı keçirməsi üçün "Yay Futbol Düşərgəsi" layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri həyata keçirilib.Sadalananlar son layihələr olmayacaq, əminliklə deyə bilərəm ki, “PAŞA Həyat” gələcəkdə də bu və ya digər sosial-mədəni layihələrə öz dəstəyini göstərəcək”.

Daha sonra forumun əsas hissəsinə start verilib və çıxışlar dinlənilib. Forumda son illər ərzində Azərbycanda insan resurslarının idarə edilməsinə artan maraq,bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunub.
 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment