1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Kapital bazarları haqda Azərbaycan dilində ilk maarifləndirici video-çarxlar hazırlanmışdır
16.11.2015

Baki, Finance Time.  Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Listinq Məsləhət Proqramı” və “Bilik mübadiləsi” layihəsi çərçivəsində, kapital bazarları üzrə Azərbaycan dilində ilk maarifləndirici video-çarxlar hazırlanmışdır. 

Video-çarxlar animasion janrdadır və silsilə xarakteri daşıyır. Bu silsilədən olan ilk video-çarxlar son zamanlar aktuallıq qazanmış İlkin kütləvi təklif (“İPO-İlkin Kütləvi Təklif nədir?”) və istiqraz (“İstiqraz nədir?”) mövzularını əhatə edir.

Adı çəkilən mini-filmlər izləyicilərə səhm və istiqrazlar, onların müqayisəsi, səhm və istiqraz buraxmaq və ya həmin qiymətli kağızlara investisiya etmək kimi mürəkkəb mövzuları izləyicilərə daha asan dildə və vizual olaraq izah edir. Həmçinin, video-çarxlarda mövzulara dair müxtəlif terminlərin izahi da təqdim olunur. Gələcəkdə bu silsilədən olan videoların çəkilişinin davam etdirilməsi nəzərədə tutulmuşdur.

Layihənin həyata keçirilməsinin əsas məqsədi kapital bazarı üzrə təbliğatın daha da gücləndirilməsi və ictimaiyyətin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət etməkdir. Layihə çərçivəsində qiymətli kağızlar bazarı barəsində daha bir neçə maarifləndirici video-roliklərin çəkilməsi, posterlərin və kitab-bələdçilərin hazırlanması, təhsil ocaqları ilə birgə seminarların və açıq dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırırıq ki, Bakı Fond Birjası tərəfindən hazırlanan “İPO-İlkin Kütləvi Təklif nədir?” və “İstiqraz nədir?” video-çarxlarının linkləri artıq şirkətin yenilənmiış internet səhifəsində (http://bfb.az/telim-materiallari/)və rəsmi YouTube kanalında yerləşdirimişdir :

https://www.youtube.com/watch?v=MmaKWHRsGaI

https://www.youtube.com/watch?v=BxdC_tl4AOE

Əlavə məlumat üçün:

Korporativ Kommunikasiya və Beynəlxalq Əlaqələr Şöbəsi

Tel: (99412) 4989820 (ext 126) Email: news@bse.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment