1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC jurnalistlər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirdi
26.10.2015

Baki, Finance Time. Azərbaycanın sığorta bazarının qabaqcıl şirkətlərindən biri olan “AtaSığorta”  ASC maraqlı aksiya təşkil etmişdir. 25 oktyabr 2015-ci il tarixində  “Excelsior Hotel & Spa Baku” otelində  KİV nümayəndələri arasında “Nə? Harada? Nə vaxt?”   oyunu keçirilmişdir.  Oyun “Game TV”-nin təşkilatçılığı ilə təşkil edilmişdi.  Münsiflər heyətini “AtaHolding” ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova,   “AtaSığorta” ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev,  “Sbuket” şirkətinin nümayəndəsi Ayxan Nəsibli,  “Caspian Coast” şirkətinin nümayəndəsi Rufiq Allahverdiyev təmsil edirdilər.

İntellektual  yarışın  açılışında çıxış edən Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova  “Nə? Harada? Nə vaxt?” oyununun iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. “AtaSığorta” ASC  İdarə Heyətinin sədr müavini  Orxan Məmmədov    qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd əməkdaşlıq etdiyimiz KİV nümayəndələi ilə qeyri-rəsmi  atmosferada  ünsiyyət yaratmaqdır. Bundan başqa,  intellektual səviyyəni nümayiş etdirmək üçün əla imkandır.

Oyunun  sonunda,  hər bir jurnalist yarışın təşkilatçılığı  və yarışla bağlı öz  təəssüratlarını  bildirdi. Ümumi rəy turnirin yaxşı  təşkil edilməsinə gətirildi və hamı dəvət üçün təşəkkür  etdi. “Nə? Harada? Nə vaxt?”    oyununun komanda qaliblərinə  və iştirakçılarına sertifikat  və "AtaSığorta”  ASC,  “Caspian Coast” və  «Sbuket» şirkətlərindən xatirə hədiyyələri  verildi.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC  2004-cü ildən fəaliyyət göstərir.  Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment