Baki, Finance Time. 22 oktyabr 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.
Hərracda 1 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 5 000 000 manat təşkil etmişdir.
Sifariş 100.8500% qiymətdə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.