1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask növbəti kurs üçün tələbələr seçimi elan edir
14.10.2015

Baki, Finance Time. AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kursların növbəti mərhələsinə başlayır.

Bu proqramın əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

2 həftə ərzində davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər.

Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq. Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr üçün şirkətdə təcrübə keçmək imkanı yaradılacaq. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

Bu mühazirə və təlim kursu – nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.

Təlimlərdə iştirak etmək və təcrübə proqramında iştirak hüququ qazanmaq istəyən tələbələr LINKƏ (www.axambask.az/efiles/files/Telim%20ucun%20suallar1.docx) daxil olub qeyd olunan suallari düzgün cavablandırmaqla təlim iştirakçısı ola bilər. Beləki, Sizdən sualların cavablarını (WORD Formatında) CV formanız ilə birlikdə career@axambask.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat 23 oktyabr tarixinədək davam edəcəkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment