Baki, Finance Time. Bakı Fond Birjası (BFB) 15 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında müsabiqədə birinci yerin qalibləri üçün təcrübə proqramı təşkil etmişdir.
Təcrübə zamanı BFB-nin əməkdaşları tərəfindən tələbələrə BFB-də Ticarətin təşkili və Listinq üzrə nəzəri və praktiki biliklər verilmişdir.
Eyni zamanda, tələbələr üçün BFB-nin Ticarət Sistemində ticarət əməliyyatlarının keçirilməsi üzrə praktiki məşğələlər təşkil edilmişdir.
Sonda iştirakçılara BFB tərəfindən xatirə sertifikatları təqdim edilmişdir.