1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


71 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib
29.07.2015

71 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.1.2-ci yarımbəndinə əsasən, sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 07 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb.

Lakin, həmin 80 nəfər fiziki şəxslərdən 71 nəfərinin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 71 şəxsin sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 24 iyul 2015-ci il tarixdə ləğv edilib. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment