1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC jurnalistlər üçün PR-tur keçirdi
22.07.2015

Baki, Finance Time. İyulun 21-də “AtaSığorta” ASC kütləvi informasiya vasitələrinin jurnalistləri üçün PR-tur keçirmişdir. PR-turun gedişində “AtaHolding” ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova və “AtaSığorta” Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev “AtaHolding” ASC və “AtaSığorta” ASC-nin PR sahəsində 2015-ci ilin 6 ayı ərzində apardıqları iş barədə məlumat vermişlər.

 “AtaSığorta” ASC, “AtaHolding”-in digər struktur bölmələri kimi sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin mədəniyyətin və incəsənətin, idmanın inkişafına, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş layihələri dəstəkləyir və Korporativ Sosial Məsuliyyət sahəsində bir sıra uzunmüddətli sponsorluq müqavilələrinə malikdir. Uzun illər boyu “AtaSığorta” və “AtaHolding” AzTV kanalında olduqca populyar olan “Nə? Harada? Nə vaxt?” intellektual şousunun əvəzsiz sponsorlarıdır, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Şağanda yerləşən internat evinin şagirdləri üçün xeyriyyəçilik aksiyaları keçirir, digər sosial layihələri gerçəkləşdirirlər.

Bütövlükdə 2015-ci ilin 6 ayı ərzində KİV-ə 49 pres-reliz təqdim edilmişdir. PR-turun təşkilatçıları burada iştirak edən jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etmiş, KİV-in iqtisadiyyatın maliyyə sahəsində baş verən hadisələri ictimaiyyətə çatdırılmasında danılmaz xidmətlərini qeyd etmiş, onlara məsul və əhəmiyyətli işlərində uğurlar arzulamışlar.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC  2004-cü ildən fəaliyyət göstərir.  Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment