Baki, FinanceTime. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Nikoyl Bank” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi
|
AZ2002006107
|
Emissiyanın həcmi
|
5 000 000 ABŞ dolları
|
Yerləşdiriləcək istiqrazların sayı
|
5000 ədəd
|
Bir istiqrazın nominal dəyəri
|
1000 ABŞ dolları
|
İstiqrazların tədavül müddəti
|
12 ay
|
İstiqraz üzrə faiz dərəcəsi
|
9.5 %
|
Faiz ödəniş dövrünün müddəti
|
3 aydan bir
|
Anderrayter
|
“AzFinance İnvest” MMC
|
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
Nikoyl Bank” ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.