1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Rövnəq Abdullayev: SOCAR-a dövlət zəmanəti ilə 1,2 milyard manat məbləğində kredit ayrılacaq
15.07.2015

Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) dövlət zəmanəti ilə 1,2 milyard manat məbləğində kredit ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, Azərbaycanda yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsi çərçivəsində yeni neft emalı zavodunun inşasında gecikmə oldu. Bunun üçün də Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və rekonstruksiya işləri aparılmaqla zavodun fəaliyyətinin 2030-cu ilədək uzadılması qərarı alındı.

R.Abdullayev qeyd edib ki, plan üzrə işlərə gələn ildən başlanılacaq və 2017-2018-ci illərdə Heydər Əliyev adına neft emalı zavodunun istehsal gücü artırılacaq. “Zavodda “Avro-5” standartına uyğun neft məhsullarının istehsalı üçün işlər aparılacaq. Həmçinin, bitum qurğusu və daha 6 iri qurğu inşa ediləcək. Bütün bu işlərdən sonra isə “Azərneftyağ” neft emalı zavodu ləğv ediləcək”, - deyə SOCAR-ın prezidenti bildirib.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment