Baki, Finance Time. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finex Kredit” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi
|
AZ2003019240
|
Emissiyanın həcmi
|
450 000 ABŞ dolları
|
Yerləşdiriləcək istiqrazların sayı
|
900 ədəd
|
Bir istiqrazın nominal dəyəri
|
500 ABŞ dolları
|
İstiqrazların tədavül müddəti
|
1080 gün
|
İstiqraz üzrə faiz dərəcəsi
|
14 %
|
Faiz ödəniş dövrünün müddəti
|
3 aydan bir
|
Anderrayter
|
“Texnika Kapital Menecment” MMC
|
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
“Finex Kredit” BOKT ASC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.