1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Iyulun 2-3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
12.06.2015

İyulun 2-3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2015) keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, builki forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, bu sahədə ən vacib istiqamətləri və perspektivləri müəyyən edəcək. Tədbirin iştirakçıları arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olacaq ki, bu da ölkələr arasında sığorta sahəsində əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.

Foruma qatılmaq üçün 21 xarici ölkənin 57 şirkətindən 90 nəfər artıq qeydiyyatdan keçib.  Dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “ Standard and Poor's”,  “Audatex” və digər şirkətlərinin yüksək təmsilçilərinin tədbirdə iştirak edəcəyi gözlənilir. Azərbaycandan isə 27 sığorta, təkrarsığorta və broker şirkətlərindən 100-ə yaxın  nümayəndə foruma qatılacaq. 

“AIIF-2015” müasir və interaktiv formatda keçiriləcək. Forumda plenar iclas, ikitərəfli görüşlər və “workshop” formatında müzakirələr təşkil ediləcək. Belə ki, tədbirin 1-ci günündə  plenar iclas  formatında, mövcud reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri, Qafqaz regionunda əmlak sığortası, təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları ilə bağlı məsələlər müzakirə obyekti olacaq.

İkinci gün isə paralel olaraq avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar,  bank və həyat sığortası ilə bağlı 2 seminar keçiriləcək.

Forumun qeyri-rəsmi hissəsində “PAŞA Həyat” sığorta şirkətinin sponsorluğu ilə iştirakçılar arasında  rəmzi  Avropa Oyunları üzrə boulinq yarışması təşkil ediləcək.

Qeyd edək ki, MDB  məkanda  xarici ölkələrin və şirkətlərin qatıldığı ən böyük  sığorta tədbiri olan Azərbaycan Beynəlxalq Sığorta Forumu Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təşkilatçılığı ilə keçirilir.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment