1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask "Uğur" Milli Mükafatı ilə təltif edilmişdir
27.04.2015

Baki, Finance Time. Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq  AXA MBASK Sığorta Şirkəti “Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə”  UĞUR milli mükafatına layiq görülmüşdür.

“UĞUR” mükafatı 2000-ci ildə, ölkədə  iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan Consulting&Business jurnalı tərəfindən təsis edilmişdir. 1996-cı ildən dərc olunan Consulting&Business jurnalı, Azərbaycan iqtisadçılarının, siyasətçilərinin, menecerlərinin və işgüzar adamlarının populyar jurnalı olmuşdur. Mükafat öz sektorunun flaqmanı olan, özünün fəaliyyət göstərdiyi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına nəzərə çarpan dərəcədə pay vermiş təşkilatlara, şirkətlərə, görkəmli şəxsiyyətlərə verilir.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı səkkizincı mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, AXA MBASK  “Sığorta sahəsinin lideri" nominasiyasında Azeri Business Award-2014 milli mükafatı, Caspian Energy Integration Award-2014 “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq  mükafatları almışdır. 

Həmçinin, şirkət, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013),  “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və  “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment