1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC uşaqlar üçün kitab günü təşkil etdi
24.04.2015

Baki, Finance Time.  “AtaSığorta” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti  aksiyasını həyata keçirmişdir. Beynəlxalq kitab günü ilə əlaqədar olaraq 23 aprel 2015-ci il tarixdə Şağanda yerləşən 3 saylı internat evində əqli və fiziki qüsurlu uşaqlarla görüş təşkil edilmişdir. Uşaqlara Azərbaycan yazıçılarının müxtəlif kitabları və dünya uşaq ədəbiyyatı seriyasından nəşrlər  hədiyyə edilmiş və internat məktəbin kitabxanası zənginləşdirilmişdir.

Görüşdə uşaqlara mütaliənin faydasından, bəşəriyyətin inkişafında kitabın oynadığı roldan bəhs edilmişdir. Ən yaxşı kitab oxuma üzrə müsabiqə keçirilmiş, müsabiqənin yekunları üzrə qaliblər xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. “AtaSığorta” ASC-nin Marketinq və Kommunikasiya şöbəsinin müdiri Yusif Ağayev qeyd etmişdir ki, bu aksiyanın məqsədi uşaqlarda kitaba maraq, ədəbiyyat aləmini dərk etməyə səy formalaşdırmaq və intellektual qabiliyyətlərini inkişaf etdirməkdir.

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. 14,6 milyon manat nizamnamə kapitalı olan şirkət 26 sığorta növü üzrə müştərilərə xidmət göstərir və təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malikdir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 18 filial, nümayəndəlik və ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment