1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” cari ilin I rübün nəticələrini açıqlayıb
22.04.2015

Baki, Finance Time.  “PAŞA Həyat” sığorta şirkəti 2015-ci ilin I rübündə yüksək inkişaf meyllərini davam etdirib. Belə ki, rüb ərzində şirkətin ümumi aktivlərinin həcmi 14,1 milyon manat və ya 15,4% artaraq 106,0 milyon manata, investisiya portfeli isə 5,5 milyon manat və ya 6,8% artaraq 86,0 milyon manata çatıb.

Bu barədə şirkətin Strateji inkişaf üzrə direktoru İsrail Qarayev bildirib.

İ.Qarayevin sözlərinə görə, rüb ərzində “PAŞA Həyat”ın sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 54,4% artaraq 14,0 milyon manat, sığorta ödənişlərinin həcmi isə 1,1 milyon manat və ya 3,5 dəfə artaraq 1,5 milyon manat təşkil edib.

Sığorta şirkətinin əsas maliyyə sabitliyi göstəricisi olan sığorta ehtiyatlarının həcmi rüb ərzində  10,7 milyon manat və ya 23,4% artaraq 56,3 milyon manata çatıb.

I rübün nəticələrinə əsasən,“PAŞA Həyat”sığorta daxilolmaları üzrə 44%-lik bazar payına malik olmaqla, ölkənin həyat sığortası bazarının mütləq lideridir.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment